Qubada zəlzələ oldu, FHN məlumat yaydı – YENİLƏNDİ
Hadisə
Baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 14.08.2026-cı il tarixində yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
***21:03
Yerli vaxtla saat 20:56-da Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.