Qurani-Kərimi ayaqlayıb videoya çəkdi

Qurani-Kərimi ayaqlayıb videoya çəkdi Hadisə


Türkiyədə Qurani-Kərimə hörmətsizlik etdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşan gənc bloqer saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Geyim tərzi ilə mərhum sənətçi Fərdi Tayfura bənzədilən Talha Siraç adlı gənc videoda İslamın müqəddəs kitabı olan Qurana qarşı qeyri-etik davranışlar sərgiləyib.

Onun bu hərəkəti qınaqla qarşılanıb.


Qurani-Kərimi ayaqlayıb videoya çəkdi