Qusarda 4 yaşlı uşağı maşın vurdu

Qusarda 4 yaşlı uşağı maşın vurdu Hadisə

Qusarda piyadanın ölümü ilə nəticələnən qəza olub.

News24.az xəbər verir ki, Bədirqala kəndində Bakıdan anası ilə birlikdə kəndə qonaq gələn 4 yaşlı Yaqub Əliyev avtobusdan düşüb yolu keçmək istəyib.

O, “QazEl” markalı avtomobilin qarşısına çıxıb. Qəza zamanı ağır xəsarətlər alan yaralı Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümükün olmayıb. /Yeni Sabah/