Qusarda çətənə əkən kişi saxlanıldı
Hadisə
Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb.
News24.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməkdə şübhəli bilinən 47 yaşlı Qurban Ərzimanov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları, eləcə də marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Q.Ərzimanov barəsində həbs qətimkan tədbiri seçilib.