Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı

Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı Hadisə

Qusar rayonu ərazisində kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə 22 yaşlı Rzayev soyadlı şəxs saxlanılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.