Ramiz Əzizbəyli "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Ramiz Əzizbəyli "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq Hadisə
Xalq artisti Ramiz Əzizbəyli bu gün Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam saatlarında dünyasını dəyişib.

O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Sevda Bayramova