Rasim Balayevin vəfatından 40 gün ötür
Hadisə
Bu gün mərhum sənətçi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin 40 mərasimi keçirilir.
News24.az xəbər verir ki, mərasim Heydər Məscidində baş tutub.
Qeyd edək ki, Rasim Balayev martın 29-da 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum sənətkar Birinci Fəxri xiyabanda dəfn olunub.