Rəis müavini vəfat etdi
Hadisə
Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Həsrətov vəfat edib.
News24.az xəbər verir ki, polis zabiti bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
F.Həsrətov bir müddət öncə Şuşada xidmətdə olarkən elektrik cərəyanı vurması nəticəsində ağır xəsarətlər almışdı. Komada olan F.Həsrətovun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum polis zabiti Şuşada dəfn olunacaq. /Xitab24.az/