Roqozin qaradərili müdafiə nazirini aşağıladı - – “Meymun...”
Hadisə
Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) keçmiş rəhbəri Dmitri Roqozin ABŞ-nin qaradərili müdafiə naziri Lloyd Ostini meymuna bənzədib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Roqozin hesabında Ostin və qorillanın kollaj edilmiş fotosunu paylaşıb.
“Bəzi beynəlmiləlçi vətəndaşlar həyəcanlanırlar ki, mən niyə ABŞ müdafiə nazirini “meymun” adlandırıram. Heç bir şübhəniz olmasın. Ostin, Bayden, Şolz və Rusiyanın digər düşmənləri çirkin quldur meymunlardır. Müharibə cinayətkarları”, - agentliyin keçmiş rəhbəri qeyd edib.