"Roşka"nın 5 il həbsi tələb edildi

"Roşka"nın 5 il həbsi tələb edildi Hadisə

Tiktokda "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İttiham nitqi ilə çıxış edən dövlət ittihamçısı Elvin Mirzəyev məhkəməyə Tiktokerin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Mircəlal Muradlı müdafiə çıxışı edib.

“Roşka” ləqəbli tiktoker son söz üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./Unikal