Roza Cəlilovanın dəfn yeri dəyişdirildi - Yeniləndi

Roza Cəlilovanın dəfn yeri dəyişdirildi - Yeniləndi Hadisə

Xalq artisti rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib.

News24.az xəbər verir ki, Xalq artisti yaşadığı mənzildə - Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında vəfat edib.

Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Roza Cəlilova 1929-cu il mayın 17-də Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965–1975-ci illərdə isə qrupa rəhbərlik edib.

Uzun illər xoreoqraf kimi də fəaliyyət göstərən rəqqasə 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq davamlı olaraq xarici ölkələrə qastrollara gedib.

Onun repertuarında Azərbaycanla bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların milli rəqsləri də böyük yer tutub. Rəqqasə səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeşdə qastrol səfərlərində olub. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olub.

Dünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik edib.

Ömrünün sonuna qədər pedaqoji fəaliyyətdə çalışıb – Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada dərs deyib.

2019-cu ildə Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunmuşdu. (bakupost.az)


Noyabrın 19-u saat 04:30 radələrində radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb.

News24.az xəbər verir ki, çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb.


10:28

Xalq artisti Roza Cəlilova II Fəxri xiyabanda dəfn olunacaq

News24.az xəbər verir ki, bu barədə nəvəsi Lalə Aslanur məlumat verib. (apa.az)

****

12:06

Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.

News24.az xəbər verir ki, bu barədə onun nəvəsi Lalə Aslanur məlumat verib.

O qeyd edib ki, nənəsi əvvəl deyildiyi kimi, II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq.

Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək. (apa.az)