Şərurda ev yandı

Şərurda ev yandı Hadisə

Şərur rayonunda yarımtikili evdə yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Maxta kəndində qeydə alınıb. Yanğın nəticəsində yarımtikili evə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. // Unikal