Rusiya jurnalistində təyyarəmizlə bağlı bu qədər məlumat hardandır?

Rusiya jurnalistində təyyarəmizlə bağlı bu qədər məlumat hardandır? Hadisə


Duayen rus jurnalisti və aparıcısı Aleksey Venediktov təyyarə faciəsi ilə bağlı öz proqramında şok təfərrüatlar açıqlayıb. O, “AzAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasından öncə mərhum pilot İqor Kşnyakin ilə Grozny qüvvələri arasında baş verən danışıqları bütün detallar və özəl şərhlərlə təqdim edib.

Venediktovun proqramında səsləndirilən danışıqlar faciə ilə bağlı əvvəllər bilinməyən məqamları ortaya çıxarıb.

Jurnalist hadisə ilə bağlı daha geniş araşdırmalar aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin vurğulayıb ki, bu danışıqlar beynəlxalq hüquq və aviasiya təhlükəsizliyi çərçivəsində təhlil edilməlidir. “Bu cür faciələr təkrarlanmamalıdır və buna görə də bütün həqiqətlər ortaya çıxarılmalıdır,” - deyə Venediktov bildirib.

Venediktovun bu açıqlamaları Rusiya və Azərbaycan daxil olmaqla, beynəlxalq səviyyədə rezonansa səbəb olub. Sosial mediada hadisə ilə bağlı müzakirələr daha da intensivləşib. 

Stenoqramdan belə aydın olur ki, ekipaj bir neçə dəfə Qroznıda eniş etməyə icazə alır, sonra GPS sistemi sıradan çıxır. Təyyarə Bakıya uçmağa qərar verdikdə, pilot güclü zərbə aldığını bildirir. Əvvəlcə o, təyyarənin quş sürüsü ilə toqquşduğunu düşünür. Sonradan isə təyyarənin idarəetmə və hidravlikası işləmir.//musavat