Rusiya Müdafiə Nazirliyi Qarabağın kənd və şəhərlərini tarixi adları ilə göstərməyə başlayıb

Rusiya Müdafiə Nazirliyi Qarabağın kənd və şəhərlərini tarixi adları ilə göstərməyə başlayıb Hadisə

Rusiya Müdafiə Nazirliyi bülletenlərində “Dağlıq Qarabağ respublikası” əvəzinə Azərbaycanın Qarabağ İqtisadi Zonası yazmağa başlayıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 25-dən başlayaraq Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenlərində Qarabağ İqtisadi Zonasındakı kənd və şəhər adlarını Azərbaycan tarixi adları ilə əvəz edib.

Bülletendə “Stepanakert” şəhəri də Xankəndi kimi göstərilib.