Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - Foto
Hadisə
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
News24.az xəbər verir ki, Rusiya ordusunun sıralarında döyüşlərdə iştirak edən İsrafil Zülfüqarov həyatını itirib.
Onun nəşi ailəsinə təhvil verilib. Əslən Astara rayonundan olan Rusiya vətəndaşı İ.Zülfüqarov 2024-cü ilin mayında zorla müharibəyə göndərilmişdi. Həmin vaxtdan ondan xəbər yox idi.
Qeyd edək ki, İ.Zülfüqarov 2020-ci ildə 44 günlük müharibə zamanı 2 ay müdafiə zonasında xidmət edib. (unikal.az)