Rusiyada ayı hücumu nəticəsində daha iki nəfər öldü
Hadisə
Rusiyanın İrkutsk vilayətində ayı hücumu nəticəsində iki kişi ölüb.
News24.az xəbər verir ki, Regional İstintaq Komitəsinin məlumatına görə, oktyabrın 10-da Bratsk su anbarının yaxınlığındakı qış daxmasının yanında 56 yaşlı kişinin meyiti tapılıb.
Həmin gün Kaimonovo kəndindən 15 kilometr aralıda meşədə daha bir kişinin qalıqları aşkarlanıb. Onun bir neçə aydır qış daxmasında yaşayan 47 yaşlı yerli sakin olduğu müəyyən edilib.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır. İstintaq Komitəsi bölgə sakinlərini ayı hücumu təhlükəsi səbəbindən meşələrə getməməyə çağırıb.