Rusiyada azərbaycanlı bədbəxt hadisə nəticəsində həyatını itirdi - FOTO

Rusiyada azərbaycanlı bədbəxt hadisə nəticəsində həyatını itirdi - FOTO Hadisə

Rusiyada çalışan azərbaycanlı fəhlə bədbəxt hadisə nəticəsində həyatını itirib.

News24.az xəbər verir ki, hadisə Ufa şəhərində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Kazımov Savad Eynulla oğlu işlədiyi tikinti obyektində hündürlükdən yıxılaraq ölüb. Məlumata görə, mərhum Biləsuvar rayonunun Xırmandalı kənd sakinidir.

Hadisənin başvermə səbəbləri araşdırılır./Bizim.Media/

Rusiyada azərbaycanlı bədbəxt hadisə nəticəsində həyatını itirdi - FOTO