Rusiyada azərbaycanlı gənc toydan sonra qəfil öldü

Rusiyada azərbaycanlı gənc toydan sonra qəfil öldü Hadisə

Rusiyada Azərbaycan vətəndaşı qəfil vəfat edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Senkt Peterburq şəhərində baş verib.

Masallının Kolatan kənd sakini 35 yaşlı Elnur İsrail oğlu Əliyev orada keçirilən toy məclisindən sonra qəfil dünyasını dəyişib.

Onun ürəktutmadan vəfat etdiyi bildirilib.

Mərhumun nəşi dünən Kolatan kəndinə gətirilərək dəfn edilib./qafqazinfo