Rusiyadakı azərbaycanlıların başı DƏRDDƏ - 50 soydaşımız... - VİDEO

Rusiyadakı azərbaycanlıların başı DƏRDDƏ - 50 soydaşımız... - VİDEO Hadisə

Voronejdə restorana gələn onlarla nəfərə hərbi komissarlığa çağırış vərəqələri verilib.

News24.az xəbər verir ki, bu barədə “Vesti Voronej” Teleqram kanalı məlumat yayıb.

Məlumatda bildirilib ki, restoran azərbaycanlılara məxsusdur.

Təhlükəsizlik qüvvələri qəfildən müəssisəyə gələrək orada olanların sənədlərini yoxlamağa başlayıblar. Daha sonra tədbirin 50-yə yaxın iştirakçısına çağırış vərəqələri təqdim olunub.

Telekanalın verdiyi məlumata görə, çağırılan şəxslər azərbaycanlılardır.

Aynurə