Rüstəm Ədilov vəfat etdi

Rüstəm Ədilov vəfat etdi Hadisə

Yaşlı kişi polis sahə məntəqəsində vəfat edib. 

News24.az "Unikal"a istinadla bildirir ki, Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən polis məntəqəsinə müraciət üçün daxil olan 1955-ci il təvəllüdlü şəhər sakini Ədilov Rüstəm Süleyman oğlunun halı qəfil pisləşib.

Hadisə yerinə gələn həkim briqadası onun öldüyünü müəyyən edib. İlkin ehtimala görə, kişi ürək tutmasından dünyasını dəyişib.