Saatlıda 92 yaşlı kişi ilə 89 yaşlı qadın dəm qazından zəhərləndilər - Yeniləndi
Hadisə
Saatlıda iki nəfər dəm qazından boğularaq ölüb.
News24.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.
Belə ki, 92 yaşlı İbrahim İsmayılov və 89 yaşlı Pəri İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
****
Dekabrın 23-də saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Saatlı rayonu, Qara Nuru kəndi ərazisindən dəm qazından zəhərlənmə səbəbilə çağırış qeydə alınıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.