Saatlıda ağır qəzada ölən 7 yaşlı Baharın FOTOSU

Saatlıda ağır qəzada ölən 7 yaşlı Baharın FOTOSU Hadisə

Xəbər verdiyimiz kimi, Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

23 yaşlı Məmmədov Rəhman Möhsüm oğlu idarə etdiyi “Mercedes-Benz C180” markalı avtomobillə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə yolun sol tərəfində yerləşən işıq dirəyinə, daha sonra isə “İstirahət parkı”nın ətrafındakı dəmir və beton materialdan olan hasara çırpılıb.

Qəza nəticəsində sərnişinlər – Məmmədova Könül Mirzağa qızı və sürücünün 7 yaşlı bacısı Məmmədova Bahar Möhsüm qızı xəstəxanaya yerləşdiriliblər.

Lakin həkimlərin səylərinə baxmayaraq, Bahar Məmmədova xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hadisədə ölən azyaşlının fotosunu təqdim edirik:

Saatlıda ağır qəzada ölən 7 yaşlı Baharın FOTOSU