Sabah Bakının bu ərazisində qaz olmayacaq

Sabah Bakının bu ərazisində qaz olmayacaq Hadisə

Bakının Nizami rayonunda bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bu barədə News24.az-a Azəriqaz İB-dən məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq 08.05.2026-cı il tarixində saat 12:00-dan işlər yekunlaşanadək E. Süleymanov, M. Şərifli, R. Rüstəmov və C. Naxçıvanski küçələrində qaz təchizatı dayandırılıb.

Qeyd olunub ki, işlər başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa ediləcək.