Sabir Bilalov vəzifəsindən - AZAD EDİLDİ - FOTO
Hadisə
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Sabir Bilalov işdən çıxıb.
News24.az xəbər verir ki, bu barədə onun özü "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb:
"Əziz dostlar, hörmətli media nümayəndələri! Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsindən öz istəyimlə ayrıldım. Qurumun fəaliyyəti ilə bağlı sualları və sorğuları artıq mən cavablandırmıram. Xahiş edirəm nəzərə alasınız".
Qeyd edək ki, S. Bilalov bu vəzifəyə 2023-cü ilin iyun ayında təyin olunmuşdu.