Sabirabad sakininə naməlum şəxs xəsarət yetirdi

Sabirabad sakininə naməlum şəxs xəsarət yetirdi Hadisə

Oktyabrın 7-də axşam saatlarında Sabirabad rayonunun Çöl Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü S.Dəmirovun kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.

News24.az  xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən S.Dəmirovun həmkəndlisi, 1979-cu il təvəllüdlü Şükür İbadov saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əlavə məlumat veriləcək.