Sabirabadda 44 yaşlı kişi Kür çayında - BATDI

Sabirabadda 44 yaşlı kişi Kür çayında - BATDI Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1976-cı il təvəllüdlü Abbasov Ziyad İsfəndiyar oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.