Sabirabadda avtomobil piyadanı vurdu, vəziyyəti ağırdır

Sabirabadda avtomobil piyadanı vurdu, vəziyyəti ağırdır Hadisə

Sabirabad rayonunda avtomobilin vurduğu piyada ağır xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə rayonun Çölbeşdəli kəndində qeydə alınıb. Minik avtomobili yolun kənarında dayanan kənd sakini Yaşar Qubalı oğlu Məmmədovu vurub.

Nəticədə piyada açıq kəllə-beyin travması alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.