Sabirabadda avtomobil qəzası: Piyada öldü
Hadisə
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə şəhərin M.S. Ordubadi küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.