Sabirabadda məktəb yandı

Sabirabadda məktəb yandı Hadisə

Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.