Sabirabadda qəza ölən və yaralanan şəxslər var
Hadisə
Sabirabad rayonunda yol qəzası baş verib.
News24.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Bəyanət İbadovun idarə etdiyi “VAZ”-2107 markalı avtomobillə 1998-ci il təvəllüdlü İmişli sakini Rəvanə Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.
“VAZ” sürücüsü ölüb, 1987-ci il təvəllüdlü sərnişini Arif Paşayev, “Nissan”nın sürücüsü, onun övladı, 2016-cı il təvəllüdlü R.Nəsirli və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova xəsarət alıblar./Yeni sabah/