Sabirabadda qəza: ölən və yaralananlar var – VİDEO

Sabirabadda qəza: ölən və yaralananlar var – VİDEO Hadisə

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, hadisə rayonun Qarağac kəndi istiqamətində baş verib.

İlkin məlumata görə, "VAZ 2107" və "Nissan" markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü hadisə yerində həyatını itirib.

Qəza zamanı daha 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.