Sabirabadda zəncirvari qəza olub - Yaralılar var

Sabirabadda zəncirvari qəza olub - Yaralılar var Hadisə

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Sabirabad şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə zamanı dörd nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan A.Zeynallı, A.Xəlilli, Ş.Yadigarova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.