Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə 3-cü mərtəbədən yıxıldı

Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə 3-cü mərtəbədən yıxıldı Hadisə

Bakıda xəstəxanada faciəli hadisə baş verib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Sabunçu Tibb Mərkəzində qeydə alınıb.

Orada müalicə alan Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Sübhan Əliheydər oğlu Heydərov xəstəxananın 3-cü mərtəbəsinin pəncərəsindən düşüb.

S.Heydərovun vəziyyəti orta-ağırdır.

Hadisənin motivi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.