Sabunçuda "Hyundai" yük maşını ilə toqquşdu

Sabunçuda "Hyundai" yük maşını ilə toqquşdu Hadisə
Bakı şəhərinin Sabunçu rayonunda "Hyundai" markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən,
hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.