Sabunçuda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNDİ
Hadisə
Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən News24.az-a verilən məlumata görə, yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğının söndürülməsi tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 5 ədəd texnikası və 26 nəfərdən ibarət şəxsi heyəti cəlb edilib.
***
14:42
Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın baş verib.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.