Sabunçudakı qəzada yaralananların son durumu açıqlandı - Yeniləndi

Sabunçudakı qəzada yaralananların son durumu açıqlandı - Yeniləndi Hadisə

Sabunçuda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Kürdəxanı istiqamətində hərəkət edən Mirəli Abbasovun idarə etdiyi “Toyota Prado” Ələsgər Əsgərovun idarə etdiyi “VAZ 2107” markalı avtomilllə toqquşub.

Qəza nəticəsində VAZ-ın 22 yaşlı sürücüsü Ələsgər ölüb, avtomobildə olan iki gənc və digər avtomobilin sürücüsü xəsarət alıb. (qafqazinfo.az)

*** Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sabunçu Tibb Mərkəzinin məlumatı:

29 noyabrda saat 04:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən News24.az-a bildirilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (2-si qadın, 3-ü kişi olmaqla) müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır.

Sabunçudakı qəzada yaralananların son durumu açıqlandı - Yeniləndi