Şagird məktəbin həyətində infarktdan öldü
Hadisə
Bakıda məktəbin həyətində şagird infarktdan ölüb.
News24.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin həyətində qeydə alınıb.
Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Eşqin Məhi oğlu Rüstəmov infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır. (apa.az)