Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi
Hadisə
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
News24.az xəbər verir ki, Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına qarşı keçirilən matçda xəsarət alıb.
Qarşılaşmaya ilk "11-lik"də başlayan oyunçu ikinci hissədə meydana çıxa bilməyib. Onu Aydın Bayramov əvəzləyib.
Qeyd edək ki, Azərbaycan millisi hazırda məğlub durumdadır - 1:3.