Salyanda qəzada ölənlərin sayı artdı – YENİLƏNDİ
Hadisə
Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1 qadın, 4 kişi) 20.07.2026-cı il tarixində 18:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-in hadisə ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Vəziyyəti kritik ağır olan 1 nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
***19:57
Salyanda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
News24.az xəbər verir ki, [lənlər rayonun Şorsulu kənd sakinləri, Əhmədov Elnur Faiq oğlu, 1987-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu və 1963-cü il təvəllüdlü Qasımov Nizami Həsənağa oğludur.
Yaralılar 2003-cü il təvəllüdlü Hümbətov Əlifağa Elsevər oğlu, 2001-ci il təvəllüdlü Məmmədova Rəhmiyyə Rəhman qızı və 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğludur. (Report)
***19:34
Salyanda baş verən qəzada ölənlərin sayı üç nəfərə çatıb.
News24.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
Xəstəxanaya çatdırılan yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Daha əvvəl iki nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)
***18:46
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
News24.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. (Report)