Salyanda avtomobil aşdı - 3 nəfər xəsarət aldı
Hadisə
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü, avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./APA/