Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapıldı

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapıldı Hadisə

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

News24.az xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Report)