Salyanda qəza: 3 nəfər xəsarət aldı – YENİLƏNDİ

Salyanda qəza: 3 nəfər xəsarət aldı – YENİLƏNDİ Hadisə

Salyanda baş verən qəza zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub. 

News24.az xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“Müxtəlif bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – məlumatda deyilir. (Qafqazinfo)

**20:00

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)