Salyanda yaşayış evi yandı

Salyanda yaşayış evi yandı Hadisə

Salyan rayonunda yanğın baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 120 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.