Şamaxıda maşın kanala aşdı - Ər-arvad yaralandı - Yeniləndi
Hadisə
Şamaxıda yol qəzası baş verib. Hadisə səhər saatlarında Bakı–Şamaxı–Yevlax yolunun 108-ci kilometrliyində qeydə alınıb.
News24.az xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü, Oğuz rayon sakini, 49 yaşlı Seymur Dadaşov idarəetməni itirərək yoldan çıxıb və avtomobil suötürücü kanala aşıb.
Qəza nəticəsində sürücü Seymur Dadaşov və onun həyat yoldaşı, 45 yaşlı Səidə Dadaşova müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (Modern.az)
10:33
Dekabrın 1-i saat 08:20 radələrində Şamaxı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (1 kişi, 1 qadın) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
1978-ci il (kişi) və 1980-ci il təvəllüdlü (qadın) şəxslərə belin aşağı nahiyəsinin əzilməsi, göz nahiyəsinin əzilməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.