Sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada öldü

Sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada öldü Hadisə

Bakıda sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb.

News24.az xəbər verir ki, hadisə oktyabrın 21-də Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbə sakini, 1953-cü il təvəllüdlü Sahibə İlyas qızı Ayvazova evin sanitar qovşağında yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, oktyabrın 23-də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (Unikal)