Satıcının səhvinə görə - LOTERAYADA UDDU

Satıcının səhvinə görə - LOTERAYADA UDDU Hadisə

Amerikada qadın müştəri satıcının ona səhv bilet verməsi sayəsində varlandı.

News24.az bildirir ki, Virciniya sakini Kelly Lindsey pərakəndə satıcının səhvi sayəsində 2 milyon dollarlıq lotereya uduşu qazanıb. Kişi səhvən onun üçün istədiyi biletdən fərqli bir bileti verib.

Biletin qoruyucu təbəqəsini cızdıqda və baş mükafatı qazandığını biləndə qadın sevincindən nə edəcəyini bilməyib.

Zəhraxanım Şeydayeva