Saxta körpə ilə - TUTULDU

Saxta körpə ilə - TUTULDU Hadisə

İstanbulun Ortaköy bölgəsində saxta körpələr ilə insanların duyğularını istismar edən dilənçi qadının oyunu məmurlar tərəfindən iflasa uğrayıb.

News24.az bildirir ki, ətrafdakı vətəndaşlar şübhələnən zaman polis əməkdaşları qadını saxlayıb və adyalla bükülmüş “körpə”ni yoxlayıblar. Həqiqət üzə çıxanda qadının saxta körpə ilə pul yığdığı anlaşılıb. 

Həmin anlar ətrafdakılar tərəfindən mobil telefonlarına çəkilib və qısa zamanda sosial şəbəkələrdə yayılıb.

Zəhraxanım Şeydayeva