Saxta hesablarla təhqirlər yazan İlhamə Kərimova həbs edildi

Saxta hesablarla təhqirlər yazan İlhamə Kərimova həbs edildi Hadisə

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təhqirdə təqsirləndirilən İlhamə Kərimova həbs edilib.

News24.az xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 148-2-ci maddəsi ilə iş açılmış şəxs barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İ.Kərimova barəsində 2 sayt rəhbəri xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Onlar həmin şəxsin sosial şəbəkələrdə saxta hesablar açaraq barələrində təhqiramiz ifadələr işlətdiyini iddia ediblər. /Unikal.az/