Hacıqabulda qəzada xəsarət alanların bəzisinin kimliyi məlum oldu - YENİLƏNDİ

Hacıqabulda qəzada xəsarət alanların bəzisinin kimliyi məlum oldu - YENİLƏNDİ Hadisə

Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.

News24.az xəbər verir ki, qəzada Zaqatala rayon sakinləri - 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.

Bundan başqa Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.

Onlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


9:11

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.(apa)