Şəhidlərin məzarından oğurluq edənlər saxlanıldı

Şəhidlərin məzarından oğurluq edənlər saxlanıldı Hadisə

Şəhidlərin məzarından oğurluq edən iki nəfər yeniyetmə – 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Onların oğurladığı gitara, hərbi çəkmə və hərbi dəbilqə polis tərəfindən aşkar edilərək şəhid ailələrinə qaytarılıb.

Hadisə ilə bağlı araşdırma davam edir və polis məsuliyyətli şəxslərin cəzalandırılacağını bildirir.